TƏBİB-dən açıqlama - Reanimasiyadakı 202 nəfərdən 45-i...

02.07.2020 09:07

Bu gün Azərbaycanda koronavirusla bağlı 6 682 test aparılıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Qeyd olunub ki, ölkədə COVİD-19-la bağlı aparılan testlərin sayı 488 852-yə çatıb.

Hazırda xəstəxanaların reanimasiya şöbələrində 202 nəfər müalicə edilir.

Süni tənəffüs cihazında olan xəstələrin sayı 45 nəfərdir.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR