Operativ Qərargah: Hərəkət və iş rejimlərində məhdudlaşma olacaq

03.06.2020 19:13

"Artıq məhdudlaşdırma ilə bağlı məsələ müzakirə olunub”.

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ. Məmmədov bildirib ki, cümə günü axşamdan bazar ertəsi səhərə qədər hərəkətin tam məhdudlaşdırılması, ictimai, fərdi nəqliyyatın küçəyə çıxmasının qadağan olunması, mağazaların bağlanması, iş rejimlərinin məhdudlaşdırılması nəzərdə tutulur: "Ancaq bu məsələnin detalları ilə bağlı Baş nazirin müraciəti, çıxışı olacaq, bu məsələlər detallı elan ediləcək. Bundan sonra Operativ Qərargahın məlumatında məhdudlaşdırmanın təfərrüatı ilə bağlı məlumat veriləcək”.

İ.Məmmədov əlavə edib ki, son günlər ölkədə koronavirusla bağlı yoluxmanın dərəcəsinin artması müşahidə olunur.

Onun sözlərinə görə. yoluxma və sağalma arasında fərq getdikcə artmaqdadır: "Bu, yeni situasiya yaradıb. Əsas fərq də vətəndaşların karantin rejiminin tələblərinə əməl etməməsidir. Ticarət mərkəzlərində, metroda insanlar karantin rejiminin qaydalarına əməl etmirlər. Buna görə də yenidən karantin rejiminin yumşaldılması prosesinin dayandırılması, o cümlədən yenidən məhdudlaşdırma qaydalarının qoyulması ilə bağlı məsələ aktuallaşır".

© xezerxeber.az

FOTOQALERIYA






323 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR