Avtovağzal fəaliyyətini bərpa edir? – RƏSMİ AÇIQLAMA

03.06.2020 11:11

Ölkədə karantin rejimi tətbiq edildiyi zamandan, yəni mart ayının 19-dan Bakı avtovağzalı da fəaliyyətini dayandırıb və gediş-gəliş ləğv olunub.

Karantin rejiminin yumşaldılması və bir çox yerlərdə məhdudiyyətlərin qaldırılmasına baxmayaraq avtovağzal fəaliyyətini hələ də bərpa etməyib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova Qazet.az-a açıqlamasında bildirib ki, yaxın vaxtlarda fəaliyyət bərpa edilə bilər.

"Bununla bağlı dəqiq tarix yoxdur. İstər gediş-gəliş, istərsə də ərazidəki ticarət mərkəzləri hələ ki, bağlıdır. Operativ Qərargahın qərarından asılı olacaq. Bununla bağlı yaxın vaxtlarda məlumat veriləcək”, – deyə Pərvin Məmmədova bildirib.

© xezerxeber.az


200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR