Nazir DYP-yə yeni rəis müavini təyin etdi

02.06.2020 08:44

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə bu vəzifə polkovnik-leytenant Malik İbrahimova tapşırılıb.

M.İbrahimov bu ilin yanvar ayında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Alay komandiri vəzifəsinə təyin olunmuşdu.

Məlumata görə, polkovnik-leytenant hər iki vəzifəni icra edəcək. / BakuPost

© xezerxeber.az


138 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR