Bu abituriyentlərin nəticələri ləğv olunacaq - Xəbərdarlıq

01.06.2020 11:48

İmtahana telefonla gələn abituriyentlərin nəticələri ləğv olunacaq və onlar imtahana buraxılmayacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərlə onlayn mətbuat konfransında açıqlayıb.

Qurum sədri bildirib ki, nə koronavirus pandemiyası, nə də digər məsələlərə görə heç kəsə güzəşt edilməyəcək.

DİM sədri qeyd edib ki, buraxılış imtahanları sentyabr ayında da təşkil ediləcək: "Bu imtahana üzrlü səbəblərdən daha əvvəl iştirak etməyənlər qatılacaq”.

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR