Məşhur “Ekologiya postu” sökülür - Yeni binası BELƏ OLACAQ - FOTO

01.06.2020 11:45

Bakı-Sumqayıt yolunun üzərində yerləşən "Ekologiya postu"nun bu gündən söküntüsünə başlanılıb. 

XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, postun yolun genişləndirilməsi üçün nəzərdə tutulan tədbir planına uyğun olaraq sökülməsinə qərar verilib.

Hazırda postun yerləşdiyi yerdən bir qədər kənarda yeni bina tikilib və yaxın günlərdə istifadəyə veriləcək.

Postun sökülməsindən sonra yolun genişləndirilməsi və həmin hissədə sürət həddinin artırılması nəzərdə tutulur. Bununla da Bakı-Sumqayıt yolunda tıxacların azalacağı planlaşdırılır.

"Ekologiya postu"nun yeni fotolarını təqdim edirik:



© xezerxeber.az

FOTOQALERIYA






127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR