Gəncə və Naxçıvana uçuşlar bərpa edilir

29.05.2020 20:41

İyunun 8-dən sonra Gəncə və Naxçıvana uçuşların bərpası planlaşdırılır.

Xezerxeber.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, daxili və beynəlxalq reyslərin sayında azalma ola bilər: "Bu məsələlər də müzakirə olunur. Eyni zamanda, təyyarələrdə sərnişinlərin sayı da məhdudlaşdırılacaq. Bu da təyyarə daxilində məsafənin qorunması, təyyarə ekipajının, sərnişinlərin təhlükəsizliyinin qorunması baxımından tətbiq olunan beynəlxalq təcrübədir”.


© xezerxeber.az

FOTOQALERIYA






1640 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR