Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Koronavirusa yoluxanların 47 faizi Bakının payına düşür

29.05.2020 18:37

Azərbaycanda koronavirusa yoluxanların 47 faizi Bakının payına düşür.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Gəncə-Qazax bölgəsində yoluxma 13, 6 faiz, Aran bölgəsində 11,1 faiz, Lənkəranda 9.2 faiz təşkil edir.
Bakıda yenə Yasamal rayonunda yoluxma çoxluq təşkil edir. Bu günə qədər Gəncədə 481, Sumqayıtda 250 yoluxma faktı qeydə alınıb.

TƏBİB sədri vurğulayıb ki, yoluxma yüksək olan rayonlar Masallı, Xaçmaz, Beyləqan, Salyan, Cəlilabad, Yevlax və Kürdəmirdir: "Bu ərazilərin sakinlərinin qaydalara ciddi əməl etmələrini tövsiyə edirik".

© xezerxeber.az


250 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR