Sahibə Qafarova və Mustafa Şəntop arasında telefon danışığı olub

29.05.2020 15:58

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisin sədri Sahibə Qafarovaya telefonla zəng edib.

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a bildiriblər ki, Mustafa Şəntop həm öz adından, həm də Türkiyə Böyük Millət Məclisinin üzvləri adınan Azərbaycan Respublikasının Milli Məclisin sədri Sahibə Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 May Respublika Günü münasibəti ilə təbrik edib. Bu barədə Azərbaycan Parlamentinin spikeri Sahibə Qafarova öz "Twitter” səhifəsində məlumat verib. 

Milli Məclisin sədri Sahibə Qafarova təbrikə görə minnətdarlığını bildirib və bu bayramın bir millət iki dövlət olan Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.

© xezerxeber.az


158 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR