Koronavirusa neçə məhkum yoluxub? - NAZİR AÇIQLADI

23.05.2020 19:08

"Virusa yoluxmuş tək-tək məhkumların tam əksəriyyəti artıq sağalıb və karantindən çıxıb”.

Bunu Ədliyyə naziri Fikrət Məmmədov Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə Nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində bildirib.

Hazırda bütün lazımi profilaktik tədbirlərin davam etdirildiyi və vəziyyətin tam nəzarətdə saxlanıldığı vurğulanıb.

Xatırladaq ki, daha əvvəl test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilmiş və müvafiq müalicə tədbirləri görülmüşdü.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

01.06.2020 21:15

Ümid yeri - VİDEO

ÇOX OXUNANLAR