Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Azərbaycanın və Ukraynanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub

22.05.2020 18:25

Mayın 22-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən xezerxeber.az-a bildiriblər ki, nazirlər mövcud qlobal pandemiya ilə bağlı vəziyyətə toxunaraq, sağlamlıq böhranı ilə mübarizədə dövlətlər tərəfindən görülən tədbirlərə dair fikir mübadiləsi aparıblar. Mövcud vəziyyətdə qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, ölkələr arasında xüsusilə iqtisadi və enerji sahələrində əlaqələrin inkişafını, eləcə də tərəflərin milli maraqlarına uyğun olaraq, nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

© xezerxeber.az


194 dəfə oxunub

XƏBƏRLƏR

10.07.2020 10:30

Birjalarda neftin qiyməti

ÇOX OXUNANLAR