ÜST-nin baş direktoru: Azərbaycanın və Türk Şurasının bizimlə sıx əməkdaşlığı sərhədləri aşan əməkdaşlıq nümunəsidir

10.04.2020 18:32

Hörmətli Prezident İlham Əliyev, mən Azərbaycanda olarkən həqiqətən sizin öz işinizə sədaqətinizin şahidi oldum. Fürsətdən istifadə edib bunu etiraf etmək istərdim. Mənim səfərim müddətində mənə göstərdiyiniz qonaqpərvərliyə görə sağ olun.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşünə Cenevrədən qoşulan Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

"COVID-19 virusu həqiqətən qlobal miqyasda yayılıb. Siz və Sizin Şura bizimlə sıx əməkdaşlıq edirsiniz. Bu əməkdaşlıq xəstəxanaların imkanları, humanitar yardım, testlər, elmi, texniki biliklərin mübadiləsi, tibbi və texniki dəstək məsələlərini əhatə edir. Bu, sərhədaşırı əməkdaşlıq nümunəsidir. Pandemiyaya qarşı səmərəli mübarizə aparmaq üçün bizə bu lazımdır”, - deyə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru qeyd edib.

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR