Operativ Qərargah koronavirusla bağlı son vəziyyəti açıqladı

08.04.2020 21:19

Azərbaycan Respublikasında 105 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus infeksiyasına yoluxan 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib.

751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

© xezerxeber.az


205 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR