Azərbaycanda koronavirusa yoluxanlardan 37-sinin vəziyyəti ağırdır

08.04.2020 21:15

"Hazırda ölkə üzrə koronavirusa yoluxun aktiv xəstələrdən 37-sinin durumu ağırdır. Onlardan 20-dən çoxu məhz "Yeni klinika"da müalicə alır".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, klinikanın açılışının səhərisi günündən, yəni martın 27-dən etibarən koronavirusa yoluxan ağır xəstələrin yerləşdirilməsinə başlanıb.

© xezerxeber.az


146 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR