Kart ödənişindən istifadə tövsiyə olunur - NK sözçüsü

08.04.2020 19:47

65 yaşdan yuxarı şəxslərin kart ödənişindən istifadəsi tövsiyə olunur. Hər yerdə bu imkan yaradılıb.

Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib: "Əgər bu şəxslər tənhadılarsa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara kömək edilir. Evdən çıxmadan təqaüdlərini ala bilərlər".

O bildirib ki, tədbirlər planında kiçik və orta sahibkarlara kömək nəzərdə tutulur: "İşsizlərə 190 manat ödənilir. Əgər onların övladları ali təhsil alırsa, təhsil haqqı ilə bağlı da köməklik olunacaq. Bu aprelin 20-dək nəzərdə tutulur. Burada sosial müdafiə, liberal yanaşma var. Əmək haqqı fonunda ödənilən dövlət dəstəyi sosial sahibkarı və sektoru dəstəkləyir".

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR