Testlərdən istifadəyə görə ölkəmiz 33-cü yerdədir - Hikmət Hacıyev

08.04.2020 19:49

Test nümunələri sahə həkimləri, xüsusi yardım briqadaları tərəfindən götürülür. Bu gün 3-4 min test edilib.

Bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı deyib: "Bu testlər müraciətlərin və laboratoriyaların sayı ilə əlaqədardır. Bu gün ölkənin bütün rayonlarında və paytaxtda testlər götürülür. Testlər regionlardakı laboratoriyalara daşınır. Bu asan proses deyil. Virus təhlükəsi olduğu üçün daşınma prosesinə xüsusi diqqət olunur".

Prezidentin köməkçisi Hikmət Hacıyev isə bildirib ki, ÜST-ün baş direktoru testlərin tətbiqini xüsusi qeyd edib: "Testlərin tətbiqi arealımız genişləndirilib. Bu gün testlərdən istifadəyə görə ölkəmiz 33-cü yerdədir. Rəqəmlərin artması vətəndaşlarda narahatlıq doğura bilər. Bu testlərin tətbiqindən asılıdır"

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR