Xaçmazda təbiətə külli miqdarda zərər vuruldu - iş prokurorluğa göndərildi

08.04.2020 16:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xaçmaz rayonu Ləcət kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı fakt təsdiqini tapıb.

Sözügedən ərazidə qovaq ağaclarının müvafiq icazə sənədi olmadan özünə məxsus olan pay torpağında Xaçmaz rayon sakini Bəxtiyar Novruzbəyov tərəfindən kəsildiyi məlum olub. Təbiətə 49640 manat məbləğində zərər dəydiyi müəyyən edilib.

Dəymiş zərərin məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Xaçmaz Rayon Prokurorluğuna göndərilib.

© xezerxeber.az


96 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR