Milli Məclisinin sədri Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur islahatları haqqında Sərəncam qəbul edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Nazirlər Kabinetində, icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. 2019-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi buraxılıb, 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri yolu ilə yeni deputat korpusu formalaşıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında dediyi kimi, "bütövlükdə seçki prosesi həm uğurla keçib, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib”.
Azərbaycan xalqının, bütövlükdə cəmiyyətin və seçicilərin gözləntilərini doğrultmaq məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin işinin müasir standartlara uyğun yenidən təşkil edilməsi və bununla bağlı struktur islahatlarının həyata keçirilməsi, vətəndaş məmnunluğunun və iş prosesində şəffaflığın təmin edilməsi dövrün zərurətinə çevrilib.
"Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin səmərəliliyinin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırılması üçün Milli Məclis Aparatının və İşlər İdarəsinin müasir tələblərə uyğun yenidən qurulmasına ehtiyac vardır.
Bunları nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur islahatları haqqında Sərəncam qəbul edib",- deyə məlumatda qeyd olunub.
© xezerxeber.azAzərbaycan və İran “Ordubad” və “Marazad” SES-ləri ilə bağlı anlaşdı
Azərbaycanda tullantılar üçün 8 regional poliqon yaradılacaq
Azərbaycanda rəsmi futbol matçları Dövlət Himni ilə başlayacaq
Dərslər bu tarixdən başlaya bilər - Hansı siniflər məktəbə gedəcək?
Milli Məclisin deputatları işğaldan azad edilən ərazilərə gedəcək
Türk Şurası 2022-ci ildə Şuşada 20-yə yaxın tədbir keçirə bilər
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Səhiyyə naziri peyvənd olunandan sonra mətbuata açıqlama verdi
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB