Apteklərdə maska çatışmazlığı Milli Məclisdə müzakirə olundu

30.03.2020 12:35

"Tibbi maskalar çatışmır. İnsanlar şikayət edirlər ki, apteklərdə tibbi maska tapılmır”.

Bunu Milli Məclisin plenar iclasında deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, aidiyyəti qurumlar üzərinə düşəni yerinə yetirməlidir: "Vəziyyət belədir ki, hər bir aptekə gün ərzində 50-100 maska verilir. Bu da təlabatı ödəmir. Dövlət bu məsələ ilə bağlı lazımı addımları atıb, hesab edirəm ki, aidiyyəti qurumlar da bu məsələdə üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR