Martın 26-da Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, iclasda xüsusi karantin rejiminin tətbiqi və vətəndaşların rejimin tələblərinə əməl etməsinə dair vəziyyət, vətəndaşların müraciətləri əsasında qaldırılmış məsələlər müzakirə olunub.
Baş Nazir Ə.Əsədov bildirib ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmalıdır və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.
İclasda qeyd edilib ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində 746 nəfər inzibati, 1 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.
Şəhər və rayon icra hakimiyyəti orqanlarına ciddi şəkildə göstəriş verilib ki, xüsusi karantin rejiminə əməl olunması və ona nəzarət ən vacib tapşırıqdır.
Bundan əlavə xaricdən gələn vətəndaşların təxliyyəsi, karantin yerlərində vəziyyət, xəstələrin müalicəsi kimi məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
© xezerxeber.azEvlilik təklifi baha başa gəldi - 84 min cərimə kəsildi - VİDEO
Ekspert 51 yaşlı Cennifer Lopesin gənclik sirrini açıqladı - VİDEO
Mühüm addım: Azərbaycan sənayesində yeni dövr başlanır - VİDEO
Milli qəhrəmanlarımızın Qubadlıda olan məzar daşları bərpa edilir
Məktəblərdə dərslər bərpa olunur? - Təhsil Nazirliyindən açıqlama
Koronavirusa yoluxan şəxslər peyvənd ediləcək? - RƏSMİ AÇIQLAMA
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinin səbəbi açıqlanıb
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB