230 Azərbaycan vətəndaşı vətənə qaytarıldı

24.03.2020 18:44

Azərbaycanın milli aviadaşıyıcısı hökumətin tapşırığı əsasında həmyerlilərimizin vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.

"Azərbaycan Hava Yolları” QSC-nin məlumatına görə, martın 24-də AZAL Nyu-Yorkdan və İstanbuldan reyslər yerinə yetirərək, ümumilikdə, 230 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

Qeyd edilib ki, ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

© xezerxeber.az


174 dəfə oxunub

XƏBƏRLƏR

13.08.2020 17:11

Bakı polisi reyd keçirdi

ÇOX OXUNANLAR