Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

"Bütün xəstəxanalara qoruyucu vasitələr verilib" - RƏSMİ

28.02.2020 18:23

"Koronavirus aşkarlanmamışdan öncə və sonra sərhəddə işlər davam edir. Sərhədi keçən şəxslər termovizorla yoxlanılır, sonra ikinci mərhələdə həkimlər müayinə edir. Şübhə olanda karantinə alınır və virusla bağlı müayinə olunur".

Xezerxeber.az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bütün xəstəxanalara qoruyucu vasitələr verilib: "Hazırda Astara, Cəlilabad və Qobustanda 3 karantin xəstəxana var. Eyni zamanda dəstəkverici xüsusi xəstəxanalar da var, bunlar isə Biləsuvar, Masallı və Bakıdadır".

© xezerxeber.az


176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR