Türkiyədəki dəhşətli zəlzələ Azərbaycanda da OLA BİLƏRMİ? - MÜHÜM AÇIQLAMA

26.01.2020 12:21

"Azərbaycanda yaxın zamanlarda dağıntılara səbəb ola biləcək zəlzələ gözlənilmir”.

XəzərXəbər xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Türkiyənin Elazığ və Malatya şəhərlərində 6.8 bal gücündə baş verən zəlzələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər gün təkanlar olur: "Elə bir gün yoxdur ki, yeraltı təkan qeydə alınmasın. Sadəcə olaraq zəif təkanlardır. Amma təbii ki, Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən zəlzələnin Azərbaycana heç bir təsiri ola bilməz. Çünki burada ən azından məsafə amili var”.

© xezerxeber.az


199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR