Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verib

25.01.2020 14:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyyə olunması istiqamətində tədbirlər görülür.

Bu barədə xezerxeber.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ raronunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

Təbii fəlakət nəticəsində 22 nəfər həlak olub, 1030-dan çox şəxs yaralanıb.

© xezerxeber.az

FOTOQALERIYA






226 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR