Kirayə mənzillərlə bağlı elektron müraciətlərin qəbulu niyə gecikir?- AÇIQLAMA

24.01.2020 15:05

Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Fərmanı tətbiq olunmağa başladığı gündən vətəndaşlar bir sıra problemlərlə qarşılaşıb.

XəzərXəbər xəbər verir ki, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində "Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal çöküb.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yeganə Laçınzadə ilə əlaqə saxladıq.

Y.Laçınzadə elektron portalın nə vaxt açılacağı və vətəndaşların hansı tarixdən müraciət edə biləcəyi ilə bağlı Publika.az-ın sualına cavab olaraq bildirib ki, elektron portalda hazırda iş gedir: "Fəaliyyətə başlayanda mediaya məlumat veriləcək. Hələ ki, bu haqda əlavə məlumat verə bilmərik”.

© xezerxeber.az


161 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR