Bakıya nə qədər qar yağacaq? - Umayra Tağıyeva AÇIQLADI

24.01.2020 13:28

Bakıda axşam saatlarında sulu qar yağsa da, qısamüddətli olacaq.

Bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yağıntıya baxmayaraq. Bakıda qar örtüyü əmələ gəlməyəcək:

"Quba, Xaçmaz, Lənkəran, Lerik, Zaqatala, Balakən, Naxçıvanda və digər dağlıq ərazidə qar örtüyü yaranacaq. Amma qar örtüyü uzunmüddətli olmayacaq. Bu il qış daha mülayim keçir. Yağıntı miqdarı da azdır". (trend)

© xezerxeber.az

FOTOQALERIYA






688 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR