Səfir: “İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir”

24.01.2020 11:36

"İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir”.

Xezerxeber.az-ın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Biz münaqişənin nə olduğunu və nəticələrini yaxşı bilirik. İsrail ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi sülh və dialoq yolu ilə həll olunmalıdır. Tərəflər arasında əldə olunan razılaşmaya İsrail tərəfi də hörmət edəcək”, - deyə C. Dik vurğulayıb.

© xezerxeber.az


161 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR