Kirayəyə veriləcək MƏNZİLLƏRİN SİYAHISI AÇIQLANDI

19.01.2020 12:49

Xəbər verdiyimiz kimi Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq.

İlkin mərhələdə satmaq öhdəliyi iləkirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlar açıqlanıb.

İlkin mərhələdə satmaq öhdəliyi iləkirayəyə331 mənzilveriləcək.Mənzillərin208-iBakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində,40-ıBakı şəhəri, Xətai rayonu, Gəncə prospektində,58-iAbşeron rayonu, Xırdalan şəhəri21-i məhəllədə və25-iSumqayıt şəhəri, Sülh küçəsində yerləşir.

Müraciətlər "Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun "Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək.

MƏNZİLLƏRİN SİYAHISI

Marja.az

© xezerxeber.az


237 dəfə oxunub

XƏBƏRLƏR

16.02.2020 17:54

Şamaxıda zəlzələ olub

ÇOX OXUNANLAR