Bu gün Qaradağ rayonunda 2 mindən çox ağac əkilib - FOTO

06.12.2019 15:15

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gün ərzində 650 min ağacın əkilməsi ilə bağlı təşəbbüsünə uyğun olaraq respublikamızın hər yerində olduğu kimi, paytaxt Bakıda da genişmiqyaslı ağacəkmə kampaniyaları təşkil olunub. Aksiyanın əsas məqsədi şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, paytaxtın Qaradağ rayonunda əsas magistral yol boyunca olan ərazidə keçirilən aksiyada şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı şəhər və Qaradağ Rayon İcra hakimiyyətlərinin əməkdaşları, departament, idarə və təsərrüfat xidmətlərinin işçiləri, ümumilikdə, 1000 nəfərə yaxın insan iştirak edərək iki mindən çox yeni ağac, xüsusilə Eldar şamı, kiparis, zeytun və iqlimə uyğun digər ağaclar əkiblər.

Tanınmış mədəniyyət xadimləri və özfəaliyyət kollektivlərinin nümayəndələri tədbiri daha da rəngarəng ediblər.

Bu mühüm aksiyaya hazırlıq dövründə ağacların əkini üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənib, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Nəsimi ilində 650 min ağacın əkilməsi dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması istiqamətindəki dövlət siyasətinin prioritet istiqamələrindən biri olmaqla, ölkəmizdə yaşıllıq sahələrinin daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problemə çevrilmiş iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcəkdir.

Ağacəkmə aksiyası gün ərzində paytaxtın bütün digər rayonlarında davam edib.

© xezerxeber.az

FOTOQALERIYA






160 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR