Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

“ASAN xidmət” 2 gün İŞLƏMƏYƏCƏK

08.11.2019 11:47

9 noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, vətəndaşlar 10 noyabr tarixindən "ASAN xidmət”, 11 noyabr tarixindən isə "ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

"ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Qeyd edək ki, hazırda 15 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal” mərkəzi fəaliyyətdədir. (report)

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

14.11.2019 23:12

Türkiyə Avro-2020-də

ÇOX OXUNANLAR