Azərbaycanın Xarici İşlər naziri Əfqanıstanın Milli Təhlükəsizlik müşaviri ilə görüşüb

23.10.2019 19:25

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Əfqanıstan İslam Respublikasının Milli Təhlükəsizlik müşaviri Həmdullah Mohib ilə görüşüb.

Nazirliyin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, görüşdə Azərbaycan-Əfqanıstan münasibətlərinin cari inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Əfqanıstan rəsmisi ölkəsində cərəyan edən son proseslər haqqında məlumat verib. Bu xüsusda, Azərbaycanın ikitərəfli və çoxtərəfli əsaslarda Əfqanıstana göstərdiyi dəstəyin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Tərəflər regionda həyata keçirilən Lapis-Lazuli və TAPİ kimi irimiqyaslı nəqliyyat və enerji dəhlizləri layihələrinə toxunaraq, sözügedən təşəbbüslərin regional əməkdaşlığa xidmət etdiyini vurğulayıblar.

Habelə tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR