Nazir müavini: Azərbaycan özünü 74 faiz taxılla təmin edir

23.10.2019 11:31

Bu ilin 1 oktyabr tarixinə olan göstəriciyə görə Azərbaycanda taxıl istehsalı artaraq 3,4 mln ton olub, buğda istehsalı isə 2,2 mln tona çatıb.

Bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda bildirib.

O vurğulayıb ki, Azərbaycanda 2018-çi ildə taxıl istehsalı 2017-ci illə müqayisədə 13 faiz artaraq 3,3 milyonton təşkil edib, buğda istehsalı isə 13 faiz artaraq 2 mln ton olub: "Həmçinin, taxılçılıq sahəsində özünütəminat səviyyəsi 66 faizdən 74 faizə, buğda da isə bu göstərici 58 faizdən 65 faiza çatıb".

***

Bu gün Bakıda XI Beynəlxalq Taxıl Forumu (Global Grain Outlook) keçirilir.

Tədbir Rusiya Taxıl Birliyinin təşkilatçılığı ilə keçirilir.

Forumda Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, İran, Türkiyə, BƏƏ, İsveçrə və digər ölkələrdən buğda, çovdar, arpa, yulaf, qarğıdalı, düyü və s. məhsulların istehsalçıları və alıcıları, ekspertlər və bu sahə ilə əlaqəsi olan sahibkarlar iştirak edirlər.

Xatırladaq ki, 2019-cu ilin 1 iyul tarixinə kimi respublikada 798,1 min hektar taxıl sahəsində biçin aparılıb. Ümumi taxıl sahələrinin 76,6%-i, o cümlədən, buğda sahələrinin 69,9%-i, arpa sahələrinin isə 94,5%-i biçilib. Sahələrdən 1,6 milyon ton buğda, 964,6 min ton arpa yığılıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 60% və 18,9% çoxdur. 1 iyul tarixinə buğdanın məhsuldarlığı 33,2 sent/ha, arpanın məhsuldarlığı isə 29,9 sent/ha olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 sent/ha və 2,2 sent/ha çoxdur./Teleqraf.com

© xezerxeber.az

FOTOQALERIYA






108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR