Həmsədrlər İrəvanda Ermənistanın Baş naziri və Xarici İşlər naziri ilə görüşüblər

15.10.2019 12:24

Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxs nümayəndəsi Anjey Kaspşik (Polşa) Baş nazir Nikol Paşinyanla görüşüblər.

Xezerxeber.az-ın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münasiqişəsinin sülh yolu ilə nizamlanmasına dair məsələlər müzakirə olunub.

Münaqişə tərəfləri arasında qarşılıqlı etimad mühitinin yaranması kontekstində atəşkəs rejiminin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Tərəflər xalqların sülhə hazırlanmasının zəruriliyini bir daha vurğulayıblar.

Həmsədrlər Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla da görüşüblər.

Qeyd edək ki, vasitəçilər regiona səfər çərçivəsində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə və Bakıya da gələcəklər.

© xezerxeber.az


175 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR