Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Baş nazirdən Keşikçidağ xəbərdarlığı: Ehtiyatlı olun!

10.10.2019 11:48

Sabah David Qareci (Keşikçidağ) kompleksindəki məbədlər Gürcüstan zəvvarları üçün açıq olacaq.

XəzərXəbər Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Georgi Qaxariya hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Keşikçidağ məsələsi Azərbaycan Prezidenti İlham Əliyevlə ötən gün Bakıda keçirdiyi görüşdə müzakirə olunub:

"Təəssüflər olsun ki, Gürcüstan və Azərbaycan arasındakı sərhəddə razılaşdırılmamış sahələr var. Bu, bizim postsovet irsimizdir və problem 25 il ərzində həll olunmayıb”, - deyə hökumət başçısı vurğulayıb.

Baş nazir qeyd edib ki, Keşikçidağ məsələsində mərhələli şəkildə ciddi nailiyyətlər əldə edilməlidir.

G.Qaxariya Gürcüstan vətəndaşlarını Keşikçidağ məsələsi ilə bağlı hər bir addım və sözdə məsuliyyətli və ehtiyatlı davranmağa çağırıb:

"Vətənə qarşı sevgi və vətənpərvərlik yalançı vətənpərvərlik ifadələri və düşünülməmiş addımlar demək deyil”.

© xezerxeber.az


235 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR