Daha bir rayona yeni polis rəisi təyin edilib

19.08.2019 16:51

Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.

"Report" xəbər verir ki, polis polkovnik-leytenantı Bəkir Cabbarov şöbənin rəisi vəzifəsinə təyin edilib.

Bu təyinata qədər B.Cabbarov Zəngilan RPŞ-də rəis müavini idi.

Qeyd edək ki, Zəngilan polisinin əvvəlki rəisi, polis polkovniki Ənvər Həsənov isə bir müddət əvvəl Ağcəbədi RPŞ-nin rəisi təyin edilib.

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR