Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Birinci vitse-prezidentin köməkçisi: Gələn il üçün bu rəqəm 3 milyard manata yaxın olacaq

02.08.2019 10:50

"Bu ilin əvvəlindən əhalinin 4,2 milyon nəfərini əhatə edən sosial islahat paketləri reallaşdırılıb. Bu islahatlar çərçivəsində 2019-cu il ərzində 2,3 mlrd. manat vəsait ayrılıb. Onun bir hissəsi xərclənib, bir hissəsi ilin sonuna qədər istifadə ediləcək”.

"Report” xəbər verir ki, bunu birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov deyib.

E.Hüseynovun sözlərinə görə, gələn il üçün bu rəqəm 3 mlrd. manata yaxın olacaq: "Həm minimum əmək haqlarının, həm də minimum pensiyaların artırılması nəticəsində Azərbaycan alıcılıq qabiliyyəti paritetinə görə bu gün MDB məkanında müvafiq olaraq 2-ci və birinci yerlərə çıxıb. Bu ölkənin tamamilə sosial rifah səviyyəsinin tamamilə yeni bir keyfiyyət səviyyəsinə çatdığını göstərir”.

Birinci vitse-prezidentin köməkçisi deyib ki, son iki ayda DOST mərkəzi 15 mindən çox vətəndaşa xidmət göstərib və məmnunluq səviyyəsi 93%-dən çoxdur.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR