Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib

22.07.2019 18:35

Prezident İlham Əliyev Misirin milli bayramı – İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib.

Xezerxeber.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Misir əlaqələrinin, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Prezident Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Misir xalqına sülh və firavanlıq arzulayıb.

© xezerxeber.az


161 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR