MN: Ermənilər Göygöl rayonunda mülki traktoru snayper atəşinə tutub - FOTO

17.07.2019 19:11

Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən bölmələri tərəfindən erməni kəndinin atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur. Bu məlumat yalandır və dezinformasiya xarakteri daşıyır.

Bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-ın sorğusuna cavab olaraq bildiriblər.

"Eyni zamanda bildiririk ki, bu gün səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görən mülki traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub”, - deyə nazirliyin məlumatında bildirilib.

© xezerxeber.az

FOTOQALERIYA






169 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR