“Bandotdel”ə yeni rəis təyin edilib

12.07.2019 17:36

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yeni rəis təyin olunub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr verib.

Əmrə əsasən, polkovnik Əbülfət Rzayev BMCMİ-yə rəis təyin edilib. O, bu postda Seyfulla Əzimovu əvəzləyib.

Xatırladaq ki, Ə.Rzayev bundan əvvəl Nəsimi Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, iyulun 5-də Prezident İlham Əliyevin sərəncamı polis general-mayoru Seyfulla Əzimov Daxili İşlər nazirinin birinci müavini təyin edilib.

© xezerxeber.az


117 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR