Təhlükəsizlik Şurasında Putinlə Zelenskinin telefon danışığı müzakirə olunub

12.07.2019 16:27

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda ölkə daxilində gündəmdə duran məsələlərə toxunulub.

Bundan başqa, iclasda Rusiya-Ukrayna münasibətlərinin bir sıra aspektlərinə dair məsələlər, o cümlədən dünən Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında baş tutan ilk telefon danışığı müzakirə olunub.

© xezerxeber.az


87 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR