Səfir: “Tusk və Prezident İlham Əliyev arasında görüş konstruktiv şəraitdə keçib”

12.07.2019 12:58

"Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri İttifaqla Azərbaycan arasında əlaqələrin inkişafının göstəricisi idi”.

Bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Səfir bildirib ki, Aİ və Azərbaycan arasında əməkdaşlığın müsbət dinamikası var: "Biz bu dinamikadan razıyıq. Biz yeni saziş üzrə danışıqların son mərhələsindəyik. Aviasiyaya dair razılaşma üzrə də yeni irəliləyişlərə nail olmuşuq. Cənub Qaz dəhlizi layihəsi uğurla irəliləyir”.

K. Yankauskas qeyd edib ki, Azərbaycanla bütün sahələrdə əməkdaşlıq həyata keçirilir.

"Donald Tusk səfəri zamanı Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etdi. Donald Tusk və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş çox yaxşı və konstruktiv şəraitdə keçdi”, - diplomat qeyd edib. (APA)

© xezerxeber.az


94 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR