Xələf Xələfov və Qriqori Karasin arasında telefon danışığı olub

12.07.2019 10:58

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Qriqori Karasin arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat yayılıb.

Bildirilib ki, telefon danışığı zamanı nazir müavinləri ikitərəfli əməkdaşlıq, eləcə də beynəlxalq və regional gündəmdə olan məsələləri, o cümlədən avqustun 12-də Türkmənistanın Avaz şəhərində keçiriləcək I Xəzər İqtisadi Forumuna hazırlığı müzakirə ediblər.

© xezerxeber.az


211 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR