Milli Məclis sonuncu iclasa toplaşır

12.07.2019 10:11

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, iclasın gündəliyinə 28 məsələ daxil edilib.

Bunlar "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında" , "2019-cu il Dövlət büdcəsi haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "Dövlət satınalmaları haqqında”, "Əmək pensiyaları haqqında”, "İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, "Aqrar sığorta haqqında” qanun, həmçinin Vergi, Əmək, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri və s.-dir.

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasları iyunun 13-ü, 14-ü, 27-si və iyulun 9-da keçirilib.

© xezerxeber.az


75 dəfə oxunub

XƏBƏRLƏR

15.07.2019 22:41

Kainat fırlanırmı?

ÇOX OXUNANLAR