Prezident Əməkdar artistə ev verdi

26.06.2019 16:37

Prezident İlham Əliyev Əməkdar artist Vəfa Zeynalovaya mənzil hədiyyə edib.

Xəzəraxəbər xəbər evrir ki, bu barədə aktrisanın özü sosial şəbəkədə məlumat yayıb. Sevincini izləyiciləri ilə paylaşan sənətçi ölkə başçısına təşəkkür ünvanlayıb:

"Möhtərəm cənab Prezident, bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il kecir. Bu bayram münasibəti ilə Siz başda olmaqla bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!

Bu bayram günündə mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, Sizə dərin minnətdarlğımı bildirirəm. İncəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət və qayğı bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdıgınıza görə, sənətə və sənətkarlara sahib cıxmağınıza görə bir daha sonsuz təşəkkürümü bildirirəm. Allah dövlətimizi, xalqımızı və sizi qorusun

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR