Fövqəladə hallar naziri vətəndaşlara müraciət etdi

26.06.2019 17:15

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanğın halları ilə bağlı vətəndaşlara müraciət edib.

"Report”un xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, insanlar diqqətli olmalıdır: "Rayonlarda biçilmiş əraziləri yandırırlar. Bunu etmək olmaz. Həmin yanğınlar sonradan biçilməmiş ərazilərə və meşələrə keçir. İnsanların özlərinə zərər gələ bilər.

Nazirliyin marifləndirici çarxları Kütləvi İnformasiya Vasitələrində mütəmadi yayımlanır. İnsanlar siqaret kötüyünü zibil qablarına atsınlar. Hətta siqaret üçün xüsusi zibil qabları da var. Sadəcə, biz siqareti, zibili nəinki quru otlağa, heç yerə də atmamalıyıq. Hər kəs bir-birinə təmizlik barədə irad tutarsa, diqqətlə fikir verərlər”.

© xezerxeber.az


179 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR