İlham Əliyev Xorvatiya prezidentinə məktub göndərdi

24.06.2019 19:26

Prezident İlham Əliyev Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

© xezerxeber.az


257 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR