Milli Məclisin deputatı Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

19.06.2019 10:17

Milli Məclisin deputatı Mixail Zabelin Pravoslav Parlamentlərarası Assambleyasının 26-cı Baş Assambleyasında iştirak etmək üçün iyunun 19-da Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə "Parlamentarizmin müasir siyasi və sosial hadisələr anlayışına töhfəsi” mövzusunda müzakirələr keçiriləcək.

Deputat dünyada baş verən ictimai-siyasi proseslərə parlamentlərin təsir imkanları, ölkəmizdə bu istiqamətdə görülən işlər barədə fikirlərini bölüşəcək.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR