Azərbaycan Ordusu Aprel qələbəsini hər dəqiqə nümayiş etdirməyə hazırdır - Nazir

18.06.2019 12:00

2016-cı ildə 3 gün ərzində Azərbaycan Ordusunun kiçik bir hissəsi bütün Ermənistan ordusunu darmadağın etdi.

Trend-in məlumatına görə, bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Ordusu bu qələbəni hər dəqiqə nümayiş etdirməyə hazırdır: "Müharibəni hərbiçilər başlamır, icra edir. Hələki beynəlxalq vəziyyət müharibəyə imkan vermir, cənab Prezident münaqişənin həlli ilə bağlı işlər aparır”.

Z.Həsənov vurğulayıb ki, Azərbaycan Ordusu gecə-gündüz döyüş hazırlığı ilə məşğul olur:

"Azərbaycan Ordusu daim inkişaf edir, döyüş qabiliyyəti, psixoloji hazırlığı daim yüksəldir. Ermənistan isə bu sahədə çox zəifidr. Aprel döyüşlərindən sonra Sarkisyan dedi ki, "biz 80-ci illərin silahı ilə döyüşürdük”. Bəs necə oldu, siz deyirdiniz "bizim güclü ordumuz var?”

© xezerxeber.az


150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR