Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Müdafiə naziri Çinin ölkəmizdə diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb

14.06.2019 16:21

İyunun 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuan ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Azərbaycan ilə Çin arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan Müdafiə naziri bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.
Ölkəmizdə diplomatik fəaliyyəti müddətində Azərbaycan-Çin hərbi əlaqələrinin genişləndirilməsində göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov ona gələcək işlərində də uğurlar arzulayıb.
Diplomat isə öz növbəsində ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını bildirib.
Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq, o cümlədən Çinin Müdafiə nazirinin Azərbaycana planlaşdırılan səfəri ilə bağlı fikir mübadiləsi aparılıb.

© xezerxeber.az

FOTOQALERIYA






220 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR