Bu qanunlar müzakirəsiz qəbul edildi

13.06.2019 14:35

Milli Məclis "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihəni ikinci oxunuşda müzakirəyə çıxarıb.

XəzərXəbər xəbər verir ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, layihələr uyğunlaşma xarakteri daşıyır. Komitə sədri qanunun səsə qoyularaq qəbul edilməsini təklif edib.

Deputatlar qanun layihələrini əsas olaraq qəbul ediblər.

Həmçinin "Hesablama Palatası haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə də qəbul edilib.

© xezerxeber.az


183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR